Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oruc tutmağın patologiyası... "Riya və ücb ibadəti kölgədə qoymamalıdır"
Oruc tutmağın patologiyası... "Riya və ücb ibadəti kölgədə qoymamalıdır"

Uca Allahın bəndələrinə vacib etdiyi bütün ibadətlər arasında, şübhəsiz ki, “oruc” xüsusi yer tutur. Çünki müqəddəs kəlamda Allah bu böyük işi özünə aid etmiş və onun mükafatını da Öz üzərinə götürmüşdür. Allahın Rəsulu buyurdu: “Oruc mənə məxsusdur və oruc tutanın mükafatını mənə layiq olduğu kimi mən özüm verərəm.” Həmçinin, bu ibadət dünyanın müsibət və təhlükələrindən, axirətdə isə Cəhənnəm odundan qorunma kimi təqdim edilmişdir. Belə rəvayət olunur ki, Peyğəmbər (s) buyurmuşdur: “Oruc insanı dünya bəlalarından qoruyar və axirət əzabından xilas edər.”

Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev danışıb.

İbrahim Quliyev İbrahim Quliyev

İlahiyyatçı bildirib ki, oruc İslam ibadətləri arasında bu qədər yüksək mövqeyə malik olsa da, bu əməl müxtəlif aspektlərdən və bir çox amillərdən zərər və təhlükəyə məruz qala bilər. Əgər qeyd edəcəyimiz təhlükələrdən xilas edilməsə, nəinki yuxarıdakı savablardan heç birini almır, əksinə, insanın özü də dünya və axirətin əzabına düçar olur. Bu ibadəti təhdid edən əməl və sifətlər arasında aşağıdakıları qeyd etmək olar:

1. Riya (ikiüzlülük)

“Riya” Allah Rəsulunun (s) kəlamında “kiçik şirk” adlanıdırlıb və böyük günahlardan biridir. Bir rəvayətdə deyilir:

“Həqiqətən, sizin üçün qorxduğum ən pis şey şirki-əsğərdir, yəni riyadır. Uca Allah Qiyamət günü insanları əməllərinə görə mükafatlandırdıqda riyakarlara belə deyəcəkdir: “Gedin dünyada kimə xatir iş görmüşsünüzsə, onlar da sizin mükafatınızı versin. Öz mükafatlarınızı onların yanında tapa biləcəksinizmi?”

2. Ücb

“Təəccüb” mənasını verən “ücb” sözü “Yaxşı bir işin qədrini bilib, ondan razı qalmaq və özünü təqsirdən kənar saymaq” deməkdir. Odur ki, “ücb” insanın ibadətini təhdid edən ən mühüm zərərlərdəndir və insanın qəlbinə və ruhuna nüfuz etməklə onun Allaha bəndəlik yolundakı səylərini məhv edən haldır. Bu ibadət digər ibadətlərdən fərqli olaraq daha çox çətinlik və məşəqqətlə (xüsusən ilin isti fəsllərində) bağlı olduğu üçün insan sadəcə bu çətinliklərə dözməklə bir iş gördüyünü və savaba layiq olduğunu düşünür.

Ücbün kökü bir neçə şeydən qaynaqlanır və aşağıdakı zərərləri var:

1. Cəhalət. İmam Əli deyir: “Ücb (özünübəyənmək) cəhalətin başıdır.”

2. Nifrət etmək. İmam Əli buyurur: “Nifrətin kökü özünü bəyənməkdir.”

3. İnsanın həlakına səbəb olar. İmam Əli buyurur: “Ücb insanı həlak edər.”

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »