“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Şahruddin Məhəmmədəliyev karyerasını Türkiyədə davam etdirəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl mlumat verib.
O, qapıçı Şahruddin Məhəmmədəliyev klubla məsləhətləşərək Türkiyənin “Adana Dəmirspor” komandasına getdiyini bildirib: “Biz Şahruddinin qərarına hörmətlə yanaşdıq və onun “Adana Dəmirspor”a keçidinə icazə verdik”, - deyə o qeyd edib.
Ağdam klubunun rəsmisi: “Şahruddinə “Adana Dəmirspor”dan təklif gəlmişdi. O da, bizə özünü orada sınamaq, karyerasını Türkiyədə davam etdirmək istədiyini bildirdi. Üstəlik, Azərbaycan vətəndaşları Türkiyədə legioner statusunda oynamırlar. Bu, bəlkə də ona əlavə stimul olub. Şahruddin də ora getməyə üstünlük verdi”, - deyə bildirib.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la 2+1 illik müqavilə imzalaması gözlənilir.
Türkiyə mətbuatının verdiyi məlumata görə, UEFA Konfrans Liqasının seçmə mərhələlərində Türkiyəni təmsil edən və ölkəsini UEFA ölkələrinin xal sıralamasında 9-cu sıraya yüksəlməsinə töhfə verən “Adana Dəmirspor” transfer cəhdlərini davam etdirir."Ökəmizin "Adana Dəmirspor" Azərbaycan Liqası komandalarından "Qarabağ"da çıxış edən qapıçı Şahruddin Məhəmmədəliyevlə anlaşıb. Mavi Şimşekler 29 yaşlı qapıçını heyətinə qatmağa hazırlaşır", - deyə məlumatda buldirilir.
"Şahruddin Məhəmmədəliyev kimdir? 12 iyun 1994-cü il təvəllüdlü Şahruddin Məhəmmədəliyev futbola FŞM Moskva klubunda başlayıb. “Şahdağ” FK və “Sumqayıt”dan sonra 2016-cı ildə “Qarabağ”a keçib. "Qarabağ" uğur qazanan qolkiperi təmənnasız olaraq heyətinə qatıb" - deyə onun barəsində məlumat verilib.
Bizimyol.info






