Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə təsadüfən Rusiyaya “müharibə elan edib”
Türkiyə təsadüfən Rusiyaya “müharibə elan edib”

Tərcüməçi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşərkən dediyi sözləri səhv tərcümə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuat məlumat verib.

“Rusiya ilə Türkiyə arasında müharibə gedir”, - deyə tərcüməçi Ərdoğanın sözlərini tərcümə edərkən bildirib.

Taxıl müqaviləsini müzakirə etmək üçün görüşə gələn Putin tərcümə xətası qarşısında çaşmış kimi görünüb. İclasın protokollarına görə, müharibədən Ərdoğan deyil, tərcüməçi danışıb.

"Bu səfərin fonunda Ukrayna ilə Rusiya arasında mövcud vəziyyət dayanır. İndiki gərgin zamanda bizi qəbul etməyinizə görə şadıq", - Ərdoğan görüş zamanı deyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »