Türkiyənin Azərbaycandakı səfirliyinə yeni hərbi attaşe təyin edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilib.
Qeyd edilir ki, general Soner Oruçoğlunun artıq hərbi attaşe kimi fəaliyyətə başlayıb. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yeni hərbi attaşe ilə görüşüb, ona uğurlar arzulayıb.
Tərəflər Türkiyə ilə Azərbaycan arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.






