Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Putinlə danışıqlar aparmaq üçün Soçiyə gedib
Ərdoğan Putinlə danışıqlar aparmaq üçün Soçiyə gedib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Moskva vaxtı ilə saat 13:00-da başlaması planlaşdırılan görüş üçün Soçiyə uçub.

Bizimtol.info xəbər verir ki, bu barədə mətbuata Türkiyə liderinin ofisindən məlumat verilib.

“Cənab prezidentin təyyarəsi Soçiyə uçub. Putinlə danışıqların saat 13:00-da başlayacağı gözlənilir.

- deyə açıqlama verən mənbə bildirib.

İki lider arasında məsləhətləşmələrin əsas mövzusunun taxıl müqaviləsi olacağı planlaşdırılır. Sentyabrın 5-də Ərdoğan Rusiyaya səfərinin nəticələrini Türkiyə hökumətinin üzvləri ilə müzakirə etmək niyyətindədir.

“Prezidentlər Ərdoğan və Putin arasında görüşün əsas mövzusu olacaq taxıl müqaviləsi ilə yanaşı, Rusiyadan Türkiyə vasitəsilə Avropaya qaz nəqli də müzakirə oluna bilər. Bu mövzu heç də az əhəmiyyət kəsb etmir, biz Türkiyədə qaz qovşağının yaradılması layihəsindən danışırıq”,- deyə mənbə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »