Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hörmüz boğazında gəmi hərəkəti artıb
Hörmüz boğazında gəmi hərəkəti artıb

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) ABŞ və İran arasında imzalanmış memorandumdan sonra Hörmüz boğazında gəmi hərəkətinin artdığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, qurumun son 72 saatı əhatə edən hesabatında qeyd olunub ki, bölgədə dəniz nəqliyyatı əvvəlki günlərlə müqayisədə daha aktivləşib. Mərkəzdən bildirib ki, tərəflər arasında əldə olunan razılaşma fonunda dəniz təhlükəsizliyi ilə bağlı risk səviyyəsi də aşağı salınıb.

“ABŞ və İran arasında memorandum imzalandıqdan sonra dəniz təhlükəsizliyi üzrə təhlükə səviyyəsi orta həddə endirilib. Bununla belə, müəyyən risklər qalır və müşahidə əməliyyatları davam etdirilir”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, iyunun 17-də ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Sənəd bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutur. Əvvəlcə memorandumun İsveçrənin Bürgenştok şəhərində rəsmi mərasimlə imzalanacağı bildirilsə də, sonradan sənədin məsafədən təsdiqləndiyi açıqlanıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trump sənədi Fransa Prezidenti ilə görüşü zamanı imzalayıb. İran tərəfdən isə memoranduma Prezident Masoud Pezeşkian imza atıb.

İyunun 21-də ABŞ və İran nümayəndələri arasında memorandumun icrası ilə bağlı yeni görüş keçirilib. Danışıqlarda Qətər və Pakistan vasitəçi kimi iştirak edib. Tərəflər görüşün konstruktiv atmosferdə keçdiyini və gələcək texniki danışıqlar üçün ilkin razılıq əldə olunduğunu bildiriblər.

Ekspertlər hesab edir ki, Hörmüz boğazında gəmi hərəkətinin artması regionda gərginliyin azalmasının əsas göstəricilərindən biridir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »