Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın təklifi Türkiyə üçün maraqlı olsa da, siyasi çətinliklər var
Rusiyanın təklifi Türkiyə üçün maraqlı olsa da, siyasi çətinliklər var

Rusiyanın un emalı və ehtiyacı olan ölkələrə ixracı üçün Türkiyəyə güzəştli qiymətlə 1 milyon ton taxıl tədarük etmək təklifi Ankara üçün maraqlı olsa da, siyasi aspektlərin dəyərləndirilməsi tələb olunan işdir.

Bizimyol.info xəbər verir ki, bu barədə rusiya mətbuatına Türkiyənin siyasi dairələrindəki mənbə məlumat verib.

“Bu təklif Ankara üçün maraqlıdır, həm də Qətərin bu təklifdə potensial iştirakı xüsusilə cəlbedicidir. Moskvadakı Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan bu təşəbbüslə bağlı daha ətraflı məlumat alıb və bu, Ankarada yüksək qiymətləndirilə bilər. Bununla belə, həyata keçirilməsini çətinləşdirə biləcək, müzakiə olunması vacib olan siyasi məsələlər var. Türkiyə hələ də taxıl problemini BMT-nin iştirakı ilə həll etməyə çalışır və Ankaranın bəzi Qərb müttəfiqlərinin belə müstəqil təşəbbüs xoşuna gəlməyə bilər”, - deyə məlumatlı mənbə bildirib.

O, həmçinin əlavə edib ki, taxıl müqaviləsinin ilkin variantı Türkiyə üçün ən az riskli olaraq qalır, ona görə də Ankar Rusiyanın bu razılaşmalara qayıtması üçün tərəflər arasında kompromis tapmağa kömək etmək üçün əlindən gələni etməyə davam edəcək.

Avqustun 31-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Fidan arasında danışıqlar aparılıb və onlar digər məsələlərlə yanaşı, taxıl müqaviləsini də müzakirə ediblər. Görüş ərəfəsində Rusiya XİN-dən bildirilib ki, Lavrov və Fidan Türkiyəyə 1 milyon ton Rusiya taxılının Türkiyə müəssisələrində sonradan emal olunaraq ən ehtiyacı olan ölkələrə göndərilməsi üçün Qətərin maliyyə dəstəyi ilə güzəştli qiymətə tədarükünün təşkili təşəbbüsünün həyata keçirilməsi üçün parametrlər üzərində işləmək niyyətindədirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »