Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hakan Fidan: "BMT Rusiya taxıl və gübrəsinin ixracına dair yeni təklif paketi hazırlayıb"
Hakan Fidan: "BMT Rusiya taxıl və gübrəsinin ixracına dair yeni təklif paketi hazırlayıb"

Birləşmiş Millətlər Təşkilatı Türkiyənin səyləri nəticəsində Rusiya taxıl və gübrəsinin ixracına dair yeni təklif paketi hazırlayıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada Rusyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konferansı zamanı bildirib.

O qeyd edib ki, bu Taxıl Təşəbbüsünün bərpası üçün önəmli addım olacaq. Fidan əlavə edib ki, Türkiyə bölgədə müharibənin bitməsini istəyir və bununla bağlı səylər göstərir.

Son xəbərlər
Bütün xəbərlər »