Türkiyə 31 avqust - 1 sentyabr tarixlərində Moskvada keçiriləcək danışıqlarda xarici işlər naziri Hakan Fidan taxıl müqaviləsini əvvəlki formatda bərpa etməyi təklif edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına yerli diplomatik mənbə bildirib.
Məlumat verən şəxs qeyd edib ki, Ankara 2022-ci ildə İstanbul razılaşmaları əsasında yaradılan taxıl dəhlizini ən optimal və təhlükəsiz variant hesab edir.
“Türkiyə bundan əvvəl dəfələrlə bildirib ki, o, taxıl dəhlizinin əvvəlki formatda İstanbul sazişlərində iştirak edən ölkələrin iştirakı ilə bərpa olunmasının tərəfdarıdır. O, bunu Ukrayna münaqişəsinin Qara dəniz hövzəsinə qədər genişlənməsinin qarşısını almağa imkan verən hazırkı şəraitdə ən effektiv və təhlükəsiz olduğunu hesab edir”, - deyə həmsöhbət qeyd edib.
Qadir, Bizimyol.info






