“Prezidentin xarici jurnalistlərə verdiyi müsahibələr həmişə ətraflı geniş və istənilən səviyyədə olan müsahibələr olub. Bu müsahibələr hər zaman Paşinyanın verdiyi müsahibələri üstələyir. Bu müsahibədə də faktlara əsaslnaraq, hər şeyi xarici jurnalistə izah edir. Təəssüf olsun ki, Qərb mediası, Qərb xristian din təəssübkeşliyinə, anti-islam, anti-türk, fobiyalara əsaslanaraq yenə özlərinin də tanıdığı, özlərinin də üzv olduğu BMT tərəfindən tanınan Azərbaycan ərazisinin bütövlüyünə şübhə yaradan separatçı qurum və aqressor ölkənin, xalqın yanında olacaq. Amma buna baxmayaraq biz yenə həqiqətləri çatdırmalıyıq”.
Bu barədə Bizimyol.info xəbər portalına “Ağ partiya” başqan müavini Əhəd Məmmədli danışıb. Məmmədli qeyd edib ki, ən yüksək səviyyədə, istər prezident səviyyəsində olsun, istər cəmiyyət səviyyəsində - biz bunu çatdırmalıyıq.
Əhəd Məmmədli“Bunun üçün Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi, səfirliklər, konsulluqlar durmadan çalışmalıdır. Bu təbliğat davam etdirilməlidir. Biz bilirik, bəli, onlar haqsızdırlar. Amma o demək deyil ki, yenə onlar ermənilərin tərəfini tutacaqlar. Din təəsübkeşliyi edirlər, amma bu da o demək deyil ki, biz susmalıyıq. Biz yenə həqiqətləri çatdırmalıyıq. Bu yöndə təəssüf ki, biz dəfələrlə qeyd etmişik, istər Xarici İşlər Nazirliyi, istər səfirliklər, istər Diaspora Komitəsinin fəaliyyəti ürək açan deyil. Bu təbliğatda biz düşmənlərimizə uduzuruq”-deyə Əhəd Məmmədli qeyd edib.
İradə Cəlil, Bizimyol.info






