Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İranın bu ifadəsi əslində ikibaşlı bir bəyanatdır"
"İranın bu ifadəsi əslində ikibaşlı bir bəyanatdır"

“Tehran Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni raundunu dəstəkləyir”. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib. O, qeyd edib ki, Cənubi Qafqazın Tehran üçün ciddi əhəmiyyəti var. “İran qonşular arasında fikir ayrılıqlarının aradan qaldırılması üzrə sülh prosesini dəstəkləyir”, - Kənani deyib.

İran və Azərbaycan arasında olan münasibətlərin gərgin olması hər kəsə məlumdur. İran Xarici İşlər Nazirinin bu açıqlaması nəyə hesablanıb?

Politoloq Vasif Əfəndi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan sülh danışıqlarını Avropa ittifaqının aracılığı ilə intensivləşdirdikcə İran, Rusiya və Fransanın məzmunca fərqli mahiyyətcə eyni bəyanatlar verməsi onların hansı dərəcədə narahat olduqlarının göstəricisidir.

Vasif Əfəndiyev Vasif Əfəndi

“İran Xarici İşlər Nazirliyinin bəyanatında səslənən “İran qonşular arasında fikir ayrılıqlarının aradan qaldırılması üzrə sülh prosesini dəstəkləyir” ifadəsi əslində ikibaşlı bir bəyanatdır. Azərbaycan tərəfi dəfələrlə danışıqların formatı və imzalanacaq sülh müqaviləsinin konturlarını Ermənistan tərəfinə təqdim etsə də, indiyə davamlı sülh üçün real irəliləyiş yoxdur. Bu vəziyyəti dəyərləndirərkən “fikir ayrılığı “qiyməti verməklə münaqişənin bitməsinə baxmayaraq əslində münaqişə ocağının olmasını vurğulamağa cəhd edilir”-deyən politoloq bildirib ki, bununla da danışıqları daha dərin dalana dirəmək məqsədi güdülür.

Vasif Əfəndinin fikrincə, İranın niyyəti səmimidirsə, o zaman 10 noyabr sazişinin müddəlarının yerinə yetirilməsini Rusiya və Ermənistandan tələb etməlidir.

“İran regionda sabitlik və əməkdaşlıq istəyirsə, ilk növbədə Azərbaycanla diplomatik əlaqələrin bərpasına başlamalıdır. Səfirliyimizə qarşı törədilən terror hadisəsinə görə rəsmi olaraq İran Azərbaycandan üzr istəməlidir və bir daha vətəndaşlarımıza qarşı qanunsuz həbslər və ya terror törətməyəcəyi barədə öhdəlik götürməlidir. Terroçunun cəzalandırılması şərti olsa da, bu istiqamətdə hüquqi addım atılmalıdır”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »