Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədən sərt pul siyasətininə keçid: Faiz dərəcəsi 8,5-dən 15 faizə qaldırıldı
Türkiyədən sərt pul siyasətininə keçid: Faiz dərəcəsi 8,5-dən 15 faizə qaldırıldı

Cümə axşamı Türkiyə artan inflyasiya ilə mübarizə və xarici investisiyaların cəlb edilməsi üçün faiz dərəcəsini təxminən iki dəfə artırıb.

Bizimyol.info xəbər verir ki, bu addım prezident Rəcəb Tayyib Ərdoğanın faiz dərəcələrini aşağı saxlamaqla bağlı uzun müddət davam edən iqtisadi siyasətindən kəskin şəkildə ayrıldığını göstərir.

Məlumata görə, ölkənin mərkəzi bankının cümə axşamı elan etdiyi qərarda həftəlik kredit faizinin 8,5%-dən 15%-ə yüksələcəyi bildirilir.

Türkiyə "inflyasiyanı mümkün qədər tez azaltmaq (inflyasiya dərəcələrini azaltmaq. - Red.), inflyasiya gözləntilərini düzəltmək və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün pul siyasətinin sərtləşdirilməsi prosesinə başlamaq qərarına gəlib", - deyə mərkəzi bankın bəyanatında bildirib.

Məlumat üçün bildirək ki, beynəlxalq standartlara görə təsirli olsa da, bu artım gözləniləndən xeyli azdır.

Bank bundan sonra da addım atmağa tələsməyəcəyini qeyd edib: “Pul siyasəti lazım olduğu qədər, vaxtında və mərhələli şəkildə sərtləşdirməyə davam edəcək”.

Xarici media yazır ki, ötən ay keçirilən prezident seçkilərində üçüncü müddətə yenidən seçildikdən sonra prezident Ərdoğan indi amansız həyat xərcləri böhranı ilə mübarizə aparmalı olacaq. Bəzi ekspertlərin fikrincə, böhrana Ərdoğanın qeyri-ənənəvi strategiyası səbəb olub və o, aşağı faiz dərəcələrinin hazırda təxminən 40% olan inflyasiyanın qarşısını alacağını israr edib.

Ərdoğan ənənəvi olaraq faiz dərəcələrinin artırılması ilə bağlı çağırışları rədd edərək, İslam təliminin sələmçiliyi haram etdiyini iddia edib.

Onu da qeyd edək ki, Ərdoğan seçkidən sonrakı zəfər nitqində inflyasiyanın ən aktual problem olduğunu etiraf edib.

Xatırladaq ki, Ərdoğan may ayında 52% səslə yenidən prezidentlik müddətinə seçilib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »