Ermənistanın Baş naziri Nikol Paşinyanın yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməsi iki ölkə arasında münasibətlərin normallaşmasına dair prosesdə xoş niyyətdən xəbər verir.
APA-nın verdiyi xəbərə görə, bu barədə AK Partiyanın sözçüsü Ömər Çelik bildirib.
O qeyd edib ki, Cənubi Qafqazda dialoqun gücləndirilməsi dünyanın qeyri-stabil vaxtında son dərəcə dəyərli olacaq.






