Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Aİ-ni Türkiyənin təşkilata üzvlüyü məsələsində “hüquqi yanaşmalara” çağırıb
Ərdoğan Aİ-ni Türkiyənin təşkilata üzvlüyü məsələsində “hüquqi yanaşmalara” çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə telefon danışığında respublikanın 20 ilə yaxındır tamhüquqlu üzv kimi qoşulmağa çalışdığı Avropa İttifaqı ilə münasibətlərini müzakirə edib. O, Avropa İttifaqını Türkiyəyə münasibətdə “hüquqi yanaşmalara” çağırıb və qeyd edib ki, regional çağırışlarda uğur daha çox Ankara ilə Brüssel arasında əlaqələrin gücləndirilməsindən asılıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası danışıqların yekunlarına əsasən bildirib.

"Prezident Ərdoğan qeyd edib ki, regional çağırışlara qarşı mübarizədə uğura aparan yol Aİ-nin Türkiyə ilə əlaqələrini gücləndirməkdən keçir. O, Aİ-nin Türkiyəyə qarşı nümayiş etdirəcəyi hüquqi yanaşmaların və onun tamhüquqlu üzvlüyünə dəstəyin yeni üfüqlər açacağını vurğulayıb", - deyə mesajda qeyd edilib.

Türkiyə hakimiyyəti bundan əvvəl bəyan etmişdi ki, ölkənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü Ankaranın strateji hədəfidir. Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar 2005-ci ildən davam edir və dəfələrlə dayandırılıb. Danışıqlar prosesində maneələrdən biri də Kipr məsələsidir. Bu günə qədər danışıqlar dosyesi adlanan 35 fəsildən 16-sı açılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »