Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Ermənistan nümayəndələri sərhədləri dəqiqləşdirmək üçün görüş keçiriblər
Azərbaycan və Ermənistan nümayəndələri sərhədləri dəqiqləşdirmək üçün görüş keçiriblər

Ermənistan və Azərbaycan nümayəndələri Ermənistanın Sünik rayonunun Tex-Kornidzor hissəsinin sərhədlərini dəqiqləşdirmək üçün görüş keçiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata şənbə günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat verib.

“Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildirir ki, Tex-Kornidzor bölməsində Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələrinin iştirakı ilə iclas keçirilib.

"Sərhədlərin düzəldilməsi üçün işlər aparılıb, nəticədə münasibətlərdə vəziyyət xeyli yaxşılaşıb. Nəzərinizə çatdırırıq ki, hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək", - mesajda deyilir.

Martın 14-də Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan bildirib ki, Ermənistan bir neçə gün əvvəl Azərbaycandan sülh sazişinin başqa variantını alıb, məsələdə müəyyən irəliləyiş var. Paşinyan onu da əlavə edib ki, Azərbaycanın sülh sazişi layihəsində Ermənistanın ərazi bütövlüyünə iddialar var, onun qorunub saxlanması İrəvan üçün qırmızı xəttdir.

Azərbaycanın müvafiq qrumları bu barədə məlumat verməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »