Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya parlamenti dövlət bayrağının təhqirinə görə cəza nəzərdə tutan qanunu qəbul edib
Yaponiya parlamenti dövlət bayrağının təhqirinə görə cəza nəzərdə tutan qanunu qəbul edib

Yaponiya parlamentinin yuxarı palatası dövlət bayrağının qəsdən təhqir edilməsinə görə cəza nəzərdə tutan qanunu qəbul edib. Qanun hakim koalisiyaya daxil olan iki partiya və iki müxalifət partiyası tərəfindən birgə hazırlanıb.

Bizimyol.info xəbər verir ki, qəbul edilən qanuna əsasən, dövlət bayrağının tam və ya qismən məhv edilməsi, yandırılması və ya cırılması iki ilədək azadlıqdan məhrumetmə və ya 200 min yenədək (təqribən 1300 ABŞ dolları) cərimə ilə cəzalandırılacaq.

Qanun layihəsinin müzakirəsi zamanı dövlət bayrağının təhqirini əks etdirən videogörüntülərin sosial şəbəkələrdə paylaşılmasına görə cəza nəzərdə tutan müddəa sənəddən çıxarılıb. Bu dəyişiklik qanun layihəsini dəstəkləyən iki kiçik müxalifət partiyasının əsas şərtlərindən biri olub.

Bu qanunun qəbulu hakim Liberal Demokrat Partiyası ilə onun kiçik koalisiya tərəfdaşı olan "Yaponiyanın Yenilənməsi Cəmiyyəti" arasında koalisiyanın formalaşdırılması üzrə əldə olunan razılaşmaların bir hissəsi hesab olunur. Hər iki siyasi qüvvə parlamentin aşağı palatasında çoxluğa malikdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »