Türkiyə Səudiyyə Ərəbistanı ilə İran arasında martın 10-da Pekində əldə olunmuş razılıqla diplomatik münasibətlərin bərpa olunmasını alqışlayır.
Bu barədə APA-ya Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, İran və Səudiyyə Ərəbistanının atdığı bu addım bölgənin təhlükəsizliyi, sabitliyi və rifahı üçün vacib rol oynayacaq.






