Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Putinin Ukrayna ilə danışıqlara hazır olduğunu bildirməsini “müsbət” qiymətləndirib
Ərdoğan Putinin Ukrayna ilə danışıqlara hazır olduğunu bildirməsini “müsbət” qiymətləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin Moskvanın Ukrayna ilə sülh danışıqlarına hazır olması ilə bağlı açıqlamasını müsbət addım kimi dəyərləndirib.

Bizimyol.info xəbər verir ki, Ərdoğan bu barədə Türkiyə dövlət kanalı TRT Haberə açıqlamasında qısa şəkildə “Çox müsbət” ifadəsini işlədib.

Rusiya Prezidenti Vladimir Putin iyunun 23-də hökumət üzvləri ilə keçirilən iclasda Moskvanın İstanbul razılaşmaları əsasında Ukrayna ilə sülh danışıqlarına hazır olduğunu bildirib.

Qeyd edək ki, Kreml rəhbəri daha əvvəl də İstanbul formatında əldə olunan razılaşmaların mümkün danışıqlar üçün əsas ola biləcəyini vurğulamışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »