Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə “Milyonçu” şousunun yayımı aparıcıya görə dayandırılıb
Türkiyədə “Milyonçu” şousunun yayımı aparıcıya görə dayandırılıb

Martın 5-də Türkiyənin ATV kanalında yayımlanan “Kim milyonçu olmaq istər” şousunun növbəti yayımı baş tutmayıb. Veriliş ekrana çıxmayıb. Əvəzində efirdə “Başım bəlada” serialının növbəti bölümü görünüb. Sosial platformaların Türkiyə seqmentində “Milyonçu” şousunun bağlandığını yazırlar. Hər halda şounun yayımı dayandırılıb. ATV hər hansı açıqlama vermir. Layihənin gələcəyi qaranlıq qalıb.

Bizimyol.info xəbər verir ki, yazılanlar “Milyonçu” şousunun məhz aparıcıya görə bağlandığına işarə vurur. Kənan İmirzalıoğlunun zəlzələ günlərindəki fəaliyyəti hakimiyyətin ürəyincə olmayıb. Yazılanlara görə, AHBAP təşkilatının sədri Haluk Leventə dəstək verdiyi üçün aktyoru kanala çağıraraq onunla müqaviləni ləğv ediblər.

Kənan İmirzalıoğluya münasibətin pisləşməsi hələ “Tək Türkiyə” yardım kampaniyasına çağırılmamasından hiss olunurdu. Onunla yanaşı, Oktay Kaynarcanın da adı siyahıdan çıxarılmışdı. Hər iki aktyor Haluk Leventin yanında olduqlarına görə hakimiyyətin qəzəbinə tuş gəlib. İmirzalıoğluna qarşı konkret addım atılıb. Yəqin ki, Kaynarcaya da başqa formada cəza veriləcək.

Kənan İmirzalıoğlu dörd ilə yaxındır “Kim milyonçu olmaq istər”in aparıcısı kimi ekranda görünür. Türkiyə mətbuatının iddiasına görə, hər buraxılış üçün ona xeyli böyük məbləğdə pul – 250 min dollar ödənilib. “Milyonçu” şousunda aparıcılıq İmirzalıoğlunu serial sektorundan uzaq saxlamışdı.

“Kim milyonçu olmaq istər” ATV-də 2011-ci ildən efirə çıxır. İlk aparıcı Kənan Işık olub. Onun başına gələn bədbəxt hadisədən sonra məsuliyyəti Selçuk Yöntem üzərinə götürüb. Sonra növbə Murat Yıldırıma çatıb. Məhz İmirzalıoğlunun dövründə layihədə ilk milyonçu qeydə alınıb. Arda Ayten bütün suallara dəqiq cavab verərək 1 milyon lirəyə sahib çıxıb. Sonradan 19 yaşlı eruditə layihədə ekspert kimi yer verilib.

Kənan İmirzalıoğlu aktyorluq karyerasında bir çox mükafatlara sahib çıxıb. Ona 2022-ci ildə “Kim milyonçu olmaq istər” şousunun aparıcısı kimi “Altın Kelebek” mükafatı da verilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »