Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kılıçdaroğlunun namizədlik qərarından sonra Akşenerdən ilk mesaj
Kılıçdaroğlunun namizədlik qərarından sonra Akşenerdən ilk mesaj

İYİ Partiya sədri Meral Akşener CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə etiraz edərək Millət İttifaqının masasını tərk etmişdi.

Bizimyol.info xəbər verir ki, dünən "altılıq masa"dakı namizədlik böhranı Ankara və İstanbul Böyükşəhər Bələdiyyə Başçıları, Əkrəm İmamoğlu və Mənsur Yavaşın vitse-prezident olması düsturu ilə həll olundu.

Böhran bitdikdən sonra Kılıçdaroğlu Millət İttifaqının namizədi elan edilib.

İYİ Partiya sədri Kamal Kılıçdaroğlunun Millət İttifaqının prezidentliyə namizədi elan olunmasından sonra "Twitter" hesabından paylaşım edib. Akşener: “Millətimizin iradəsi ilə tarix yazacağıq”, - deyə qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »