Türkiyənin cənub-şərqində baş verən təbii fəlakətdən sonra Türkiyədə mənzillərin kirayəsi kəskin artıb.
Bizimyol.info xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin cənub-şərqində baş verən dağıdıcı zəlzələlərdən sonra ölkədə mənzillərin kirayə haqqının kəskin artırılmasını “ayıb və günah” adlandırıb.
Aydınlık Soylu açıqlaması zamanı bildirib: "Kirayənin qəfil artması ayrı bir sui-istifadə mövzusudur. Ayıbdır. Günahdır. Bu puldan heç bir fayda görməyəcəksiniz" .
Onu da əlavə edək ki, xüsusilə Ankarada mənzillərin kirayə qiymətində qəfil artım müşahidə olunur. Belə ki, Çankaya və Ulus rayonlarında zəlzələdən zərər çəkən vətəndaşlar yerləşdirilib. Hökumət zərərçəkənlərə 5 min lirəyə (təxminən 265 dollar) kirayə yardımı ayırır. Halbuki bu ərazilərdə mənzillərin orta qiyməti 8 min lirədir (424 dollar).
Əvvəllər müxtəlif kirayə saytlarında 10-12 min lirəyə (530 dollardan 636 dollara) təklif edilən mənzillər zəlzələdən sonra 15-18 min lirəyə (795 dollardan 954 dollara) təklif edilir.
Leyla Mirzə






