Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vens: ABŞ Türkiyəyə "F-35" qırıcılarının verilməsi imkanını nəzərdən keçirir
Vens: ABŞ Türkiyəyə "F-35" qırıcılarının verilməsi imkanını nəzərdən keçirir

ABŞ administrasiyası Türkiyəyə "F-35" qırıcı təyyarələrinin verilməsi məsələsini nəzərdən keçirir və bu istiqamətdə Konqreslə iş aparır.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceymis Devid Vens bildirib.

“Bilirəm ki, ABŞ-ın müdafiə naziri Pete Heqset və bütün komanda hazırda bu məsələni araşdırır. ABŞ qanunvericiliyinin tələblərinə uyğunluğun təsdiqlənməsi üçün müəyyən məqamlar var. Prezident bizə bununla məşğul olmağı tapşırıb”, – deyə Vens Ağ Evdə ABŞ Prezidenti Donald Trump ilə NATO-nun baş katibi Mark Rutte arasında keçirilən görüş zamanı bildirib.

Vens qeyd edib ki, məsələ əsasən Konqresin səlahiyyətlərinə aiddir: “Burada söhbət Türkiyənin "F-35"ləri əldə edə bilməsi üçün ABŞ qanunlarına əməl edib-etməməsindən gedir”, – deyə o vurğulayıb.

Öz növbəsində Tramp da bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib: “Biz bunun üzərində çalışacağıq”, – deyə ABŞ Prezidenti əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »