Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hərbi ekspert: “Zelenski münaqişənin səbəbi deyil, proseslərin icraçısıdır”
Hərbi ekspert: “Zelenski münaqişənin səbəbi deyil, proseslərin icraçısıdır”

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin əsas səbəbi deyil, daha çox proseslərin icraçısıdır.

Zelenskinin mövqeyi və irəli sürdüyü şərtlər dəfələrlə ictimaiyyətə açıqlanıb.

Bu barədə Bizimyol.info xəbər portalına hərbi ekspert, ehtiyyatda olan polkovnik Şair Ramaldanov danışıb.

Ekspert düşünür ki, Zelenskinin siyasi gələcəyi müəyyən mənada müharibənin gedişi ilə bağlıdır. Eyni zamanda o qeyd edib ki, Avropa İttifaqı və Qərb ölkələri Zelenskiyə güclü dəstək verməkdə davam edir.

Ramaldanovun fikrincə, əgər müharibə Ukraynanın qəbul edə biləcəyi şərtlərlə başa çatsa, Zelenskinin siyasi fəaliyyətini davam etdirmək şansı ola bilər. Lakin Ukrayna üçün ağır və ya kapitulyasiya xarakterli şərtlər ortaya çıxarsa, onun hakimiyyətdə qalmaq ehtimalı xeyli azalacaq. Ekspert əlavə edib ki, həm Rusiya, həm də Qərb dairələri hazırda Zelenskinin yerini doldura biləcək alternativ lider görmürlər.

Onun sözlərinə görə, Zelenski anlayır ki, müharibənin dayanması seçkilərin keçirilməsinə gətirib çıxara bilər və həmin seçkilərdə qalib gəlmək ehtimalı yüksək deyil. Digər tərəfdən, Ramaldanov hesab edir ki, Rusiya da uzun sürən müharibədən yorulub və müxtəlif çıxış yolları axtarır. O, Ukraynanın son zərbələrinin bu proseslərə müəyyən təsir göstərə biləcəyini də istisna etməyib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »