Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MİQ sisteminə ödəniş modulu əlavə olunur
MİQ sisteminə ödəniş modulu əlavə olunur

Müəllimlərin İşə Qəbul (MİQ) sistemi üzrə ödəniş modulu qurulacaq.

Bizimyol.info xəbər verir ki, bununla bağlı müvafiq prosedur tamamlanıb.

Plana əsasən, müəllimlərin işə qəbulu, yerdəyişməsi, qarşılıqlı yerdəyişməsi, sertifikatlaşdırılması, direktorların işə qəbulu və imtahan sistemlərinə texniki dəstək, operatorluq və sistemlərin modernləşdirilməsi nəzərdə tutulur.

Həmçinin sertifikatlaşdırma sistemlərinin funksional imkanlarının genişləndirilməsi və optimallaşdırılması, müsabiqə zamanı vakansiya sisteminə texniki dəstək və operatorluq xidməti və s. xidmətlər göstəriləcək.

Layihənin ümumi dəyəri 513 min 827 manatdır.

  • Bu yeni ödəniş modulu MİQ prosesində hansı yenilikləri gətirəcək?

Bu barədə Bizimyol.info xəbər portalına danışan təhsil eksperti, dosent İlham Əhmədov bildirib: “Yenilik yalnız ödəniş modulunun tətbiqi ilə bağlıdır. Sistemdən istifadə qaydası saytda mövcuddur və orada necə istifadə edilməsi barədə məlumat verilib. Bu modul göstərilən xidmətlər üzrə ödənişlərin qəbulunu təmin edir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »