Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Adını Albert qoy!" - O, bu gün hər birimizin adı olmalıdır!
"Adını Albert qoy!" - O, bu gün hər birimizin adı olmalıdır!

Albert Aqarunoviç Aqarunov Azərbaycanın Milli Qəhrəmanıdır. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olub. Birinci Qarabağ müharibəsi şəhididir. Əslən dağ yəhudisi olan Aqarunov 1980-ci illərin sonlarında Sovet Ordusu sıralarında xidmət etmiş, sonra Suraxanıya işləməyə qayıtmışdı.

Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş Aqarunov, tank briqadasının tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuşdu. O, sonradan tank komandiri kimi Şuşaya yollanmış, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdu. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov, müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Qaqik Avşaryanı məğlub etmişdi. O, daha sonra Şuşa–Laçın yoluna irəliləmiş, döyüş əsnasında tankdan enmiş, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhid olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »