Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın şəhid anasından Türkiyənin şəhid anasına dəstək...
Azərbaycanın şəhid anasından Türkiyənin şəhid anasına dəstək...

Kahramanmaraşda baş verən zəlzələdən sonra Azərbaycandan Türkiyəyə yardım aparan bir TIR-ın sürücüsü ona “Türkiyədə bir şəhid anasına verilsin” qeydi ilə yollanmış yardım bağlamasını Malatya valiliyinə bağlı Təbii Fəlakətlər Təcili Sosial Yardım səlahiyyətlilərinə çatdırıb. Onlar 2020-ci ilin 10 noyabrında şəhid olmuş Elgün Abbaslının fotosunun da yer aldığı bağlamanı Hakkaridə şəhid olmuş hərbçi Cevdet Şişmanın anası Ayşe Şişmana çatdırıblar.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bağlamanın üzərində olan fotonu görən Ayşe Şişman bağlamada olan uşaq geyimlərini, şokoladları və gödəkçəni ətrafdakılara paylayıb. Zəlzələdən sonra Akçadağ rayonun Bəhri məhəlləsində konteynerdə yaşayan 75 yaşlı Ayşe ana Anadolu Agentliyinin müxbirinə açıqlamasında bildirib ki, bağlamanın üzərində olan fotonu gördüyü zaman kədərlənib. Fotonu kəsib götürən qadın, “o foto mənə bəs edər, dünyam oldu. Bu fotonu alıb Cevdetimin yanına qoydum. Bu foto nə qədər mən varam Cevdetimin, mənim yanımda olacaq”- deyə bildirib. Ayşe ana deyib ki, artıq Elgün də onun övladı sayılır.

“Allah bunu göndərəndən razı olsun. Məni sevindirdi, Allah da onu sevindirsin. Balasının da yeri nurla dolsun. Daha nəyimiz var ki? Başqa heç nəyimiz yoxdur. O məni başa düşür, mən onu başa düşürəm. Bunu yaşayan bilər. Bu bağlama gəldi, fotonu gördüm, zəlzələni də unutdum Vallah”- deyə qadın bildirib.

Ayşe Şişman həmçinin Elgün Abbaslının anası ilə tanış olmaq istəyini də dilə gətirib. “O anaya qurban olaram. Belə gözəl övlad yetişdirib. Gətirən varsa, gəlsin yanıma. Qapım hər zaman açıqdır. Mənim yanımda olsun, qalsın. Hər şeyimi onunla paylaşaram”-deyə əlavə edib. Bağalamada olanları payladığını deyən şəhid anası bildirib ki, ona göndərilən şokoladlardan yeməyib, yeyə bilməyib, boğazından keçməyib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »