Türkiyənin Elazığ bölgəsində 4,8, 4,7 və 4,6 bal gücündə üç böyük təkan baş verib.
Bizimyol.info xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Afentliyindən (AFAD) verilən məlumatına görə, saat 04.07-də Elazığ vilayətinin Palu rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.
14,56 kilometr dərinlikdə qeydə alınan zəlzələ hiss olunduğu rayonlarda narahatlıq yaradıb. İlk təsbitlərə görə bölgədə heç bir dağıntı və təlafat qeydə alınmayıb.
AFAD-ın saytında verilən məlumata görə, eyni bölgədə saat 03.37-də 4.7 bal gücündə daha bir zəlzələ, 03.39-da isə 4.8 bal gücündə daha bir zəlzələ baş verib.
Bizimyol.info






