Türkiyənin Kahramanmaraş vilayətinin 11 bölgəsində baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 40 min 642-yə yüksəlib.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) sədri Yunus Sezer mətbuat konfransı keçirərək zəlzələdən sonrakı fəaliyyətlərlə bağlı açıqlama verib.
AFAD sədri: "Burada zəlzələdən zərər çəkənlərə müəyyən qədər dəstək olmaq üçün 164 min vətəndaşa nağd yardım ödənişi edəcəyik. Proses tamamilə bizim tərəfimizdən həyata keçirilir. Vətəndaşlarımız elektron hökumətdən 10 min lirəyə yaxın vəsait ala bilər.
Kirayə yardımı baxımından mənzilə dəstək olmaq. Evlərini itirmiş vətəndaşlarımıza iki alternativ təklif edirik; birincisi konteyner və digər mənzillər, ikincisi isə kirayə dəstəyidir. Müraciətlər elektron hökumət vasitəsilə davam edir. 290 minə yaxın müraciət var.
Zəlzələ zonasına təyin edilmiş 274 min personal var. Evakuasiya davam edir. Bizim tərəfimizdən 430 mindən çox insan təxliyə edildi. 313 min 720 nəfəri ictimai qonaq evlərində, otellərdə və digər obyektlərdə yerləşdirilib.
Hazırda dəymiş ziyanın qiymətləndirilməsi aparılır. İndiyədək 50%-dən çox zərər aşkar edilib. Burada da Ekologiya və Şəhərsalma Nazirliyi komandaları çox qısa müddətdə tamamlayacaq”, - deyib.
Bizimyol.info






