Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin son açıqlamasına görə, zəlzələlərdə 12 min 391 nəfərin həyatını itirdiyi, 62 min 914 nəfərin isə yaralandığı bildirilib. Təbii fəlakət zamanı 6 min 444 binanın tamamilə dağılıb.
Bizimyol.info






