Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədəki zəlzələ ilə bağlı yardım məntəqəsi yaradıldı
Türkiyədəki zəlzələ ilə bağlı yardım məntəqəsi yaradıldı

Türkiyə Birlik və Həmrəylik Əsri Platformu tərəfindən “Azərbaycan Yardım toplama məntəqəsi” yaradılıb.

Bildirilib ki, Türkiyədə zəlzələdən zərər görənlərə yardım məqsədi ilə müəyyən vasitələr, geyim və ərzaq toplanılır. Bura böyük və uşaqlar üçün qış geyimləri - palto-gödəkçə, plaş, ayaqqabı, sviterlər, şalvar, əlcək, şərf və papaq, corab, alt geyimləri, digər vasitələr – çadırlar, çadır üçün döşəklər, ədyal, yuxu çantası, qaz sobası, isidici, qaz balonu, termos, əl fənəri, “powerbank”, generator, uşaq və qadın bezləri, uşaq yeməkləri, təmizlik və gigiyena vasitələri, istifadə müddəti uzun olan qidalar, konservlər və s. daxildir.

Yardım etmək istəyən şəxslər Sinan Kartal (994503227299), Çengiz Aygör (994503120633), Öndər Aksoy (994555054419), Mehmet Akbıyıkla (994502152418) və yaxud Türkiyə Birlik və Həmrəylik Əsri Platformu (994557097019) ilə əlaqə saxlaya bilərlər. Yardımlar Bakı Azərbaycan, Babək prospekti 27 Doğtaş Mebel mağazasında toplanır.

Son xəbərlər
Bütün xəbərlər »