Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyandan Türkiyədəki zəlzələ ilə bağlı paylaşım
Paşinyandan Türkiyədəki zəlzələ ilə bağlı paylaşım

Ermənistan hökumətinin başçısı Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Bizimyol.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tvitter hesabında paylaşım edərək bildirib ki, Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyə və Suriyaya kömək etməyə hazırdır.

"Türkiyə və Suriyada baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan dağıdıcı zəlzələ xəbərindən kədərləndim. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq. Ermənistan yardım göstərməyə hazırdır",- deyə Paşinyan paylaşımında yazıb.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətində saat 04.17-də 7,4 bal gücündə zəlzələ baş verib və bir sıra şəhərlərdə dağıntılara səbəb olub.

Türkiyənin vitse-prezidenti Fuat Oktay zəlzələ qurbanları ilə bağlı son məlumatı açıqlayıb ki, təbii fəlakət nəticəsində 284 nəfər ölüb, 2383 nəfər isə yaralanıb.

Bundna əlavə, Suriyanın bir sıra bölgələrində də ciddi dağıntılar qeydə alınıb, zəlzələ Livanın paytaxtı Beyrutda da hiss olunub. Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 237 nəfər zəlzələnin qurbanı olub, 639 nəfər xəsarət alıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »