Ötən gecə Kahramanmaraşda baş verən güclü zəlzələdə həyatını itirənlərin sayı artıb.
Bizimyol.info xəbər verir ki, ötən gecə saat 04:17-də episentri Kahramanmaraşın Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kayseri, Malatya, Ankara, Diyarbəkir, Qaziantepdə də hiss olunub. Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.
Prezident Ərdoğan ilk açıqlamasında "Bütün əlaqədar birliklərimiz Fövqəladə Halların İdarə Edilməsi Agetliyinin koordinasiyasında həyəcan vəziyyətindədir", -deyib.
Zəlzələnin ağrılı balansını izah edən vitse-prezident Oktay, ümumilikdə 284 nəfərin həyatını itirdiyini, 2 min 323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını bildirib.
Bizimyol.info






