Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin 10 vilayətində təhsil dayandırılıb
Türkiyənin 10 vilayətində təhsil dayandırılıb

Türkiyədə baş verən təbii fəlakətlə əlaqədar 10 vilayətdə təhsil dayandırılıb.

Bizimyol.info xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda 10 vilayətdə 7,4 bal gücündə zəlzələ hiss olunub.

Zəlzələ nəticəsində dağıntılara məruz qalmış Kahramanmaraş, Hatay, Adıyaman və Malatyada təhsil üçün 2 həftə; Diyarbəkir, Qaziantep, Şanlıurfa, Adana, Osmaniye və Kilisdə təhsil bir həftəlik dayandırılıb.

Milli Təhsil Naziri Mahmut Özer açıqlamasında 4 vilayətdə 2 həftə, 6 vilayətdə isə 1 həftə müddətinə təhsilin dayandırıldığını açıqlayıb.

Qeyd edilir ki, insanların yerləşdirilməsi və məktəblərdə keçiriləcək təhlükəsizlik yoxlamalarından sonra icazə verilən təhsil müəssisələrində tədris davam etdiriləcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »