Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin rəsmi şəxsləri İsveçə NATO ilə bağlı xəbərdarlıq edib
Türkiyənin rəsmi şəxsləri İsveçə NATO ilə bağlı xəbərdarlıq edib

“İsveçin NATO-ya daxil olması prosesi Türkiyənin terrorçu kimi tanıdığı təşkilatlara dəstək verdiyi müddətcə irəli gedə bilməyəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviterdə yazıb.

“Biz yenə açıq deyirik: terror təşkilatlarının fəaliyyətinə son qoyulmayana qədər ölkənin NATO-ya qəbulu prosesini irəli aparmaq mümkün deyil. Biz Stokholmda prezidentimizə qarşı törədilən bu mənfur hərəkətləri qəti şəkildə pisləyirik. Biz reaksiyamızı və gözləntilərimizi İsveç rəsmilərinə çatdırdıq. Belə hərəkətlərə qarşı konkret tədbirlərin görülməsi qanunun tələbidir və bizim üzərimizə düşən öhdəlikdir”, - Ərdoğanın sözçüsü əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »