Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunda müqavilə əsasında xidmət edən əcnəbilərin deportasiyasını qadağan edib.
APA xəbər verir ki, Putin Rusiya ordusunda xidmət keçmiş xarici vətəndaşların deportasiyasını və onlara yaşayış icazəsinin (VNJ) verilməsindən imtinanı qadağan edən qanunu imzalayıb.
Qanuna görə, Rusiya ordusunda müqavilə əsasında xidmət keçmiş əcnəbilərə müvəqqəti yaşayış icazəsi, yaşayış icazəsi və ya iş icazəsinin verilməsindən imtina oluna bilməz. Eyni zamanda artıq verilmiş sənədlər ləğv edilə bilməz.






