Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Ukrayna məsələsində əvvəldən prinsipial mövqe tutmuşuq”
Çavuşoğlu: “Ukrayna məsələsində əvvəldən prinsipial mövqe tutmuşuq”

“Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq Ukrayna və Rusiyanın Xarici İşlər nazirlərini ölkəmizdə bir araya gətirdik. Bütün dünyanın gözü, qulağı Antalyada idi”.

APA-nın xəbərinə görə, bunu Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Hər iki tərəfin bizim bu görüşdə iştirak etməyimizi istəməsi ölkəmizə olan etimadın göstəricisidir. Biz əvvəldən prinsipial və diplomatiya yönlü mövqe tutmuşuq.

Biz bu istiqamətdə səmimi səylərimizi davam etdirəcəyik”, - deyə o bildirib.

Son xəbərlər
Bütün xəbərlər »