Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur aktyor "Mehdilik" iddiasındadır, 8 yaşlı oğlunu da vəliəhd elan etdi - Video
Məşhur aktyor "Mehdilik" iddiasındadır, 8 yaşlı oğlunu da vəliəhd elan etdi - Video

Hər kəsin Polad Alemdar rolu ilə tanıdığı, “Kurtlar vadisi” serialının baş rol oyunçusu Necati Şaşmaz qəribə bir iddia səsləndirir.

Türkiyə mətbuatının məlumatına görə,o dəfələrlə seçilmiş olduğunu, Mehdi olduğunu səsləndirib, son dəfə yaxın günlərdə əmisi oğluna həzrəti Mehdi olduğunu söyləyib. Əmioğlusunun bunun cavabında Necatiyə”Psixoloqla görüş” deməsi aktyorun xətrinə dəyib. Dəfələrlə özünün seçilmiş şəxs olduğunu iddia edən Necati Şaşmaz eyni zamanda dini təriqətlərdən birinin üzvüdür və tez- tez bu təriqətin dini ayinlərinə, mərasimlərinə qatılır. Onun boşanmış olduğu keçmiş həyat yoldaşı Negahan Kaşıkçı məhkəməyə 8 yaşında oğlunun da iştirak etdiyi bir zikr videosu təqdim edib. O Necati Şaşmazı oğlunun psixologiyasını zədələməkdə ittiham edib.Necati Şaşmaz isə 8 yaşlı oğlunun bu təriqətin vəliəhdi olduğunu iddia edir.

Nəcati Şaşmazın atası Abdulkadir Şaşmaz Harputda Kadirli təriqətinin şeyxi kimi tanınır.Maraqlıdır ki, təriqət üzvləri 8 yaşlı uşağa “ağabəy” deyə müraciət edir, onun əlini öpürlər.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »