Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“QƏLƏBƏNİN MEMARI: CƏNAB ALİ BAŞ KOMANDAN” adlı tarixi əsərin təqdimat mərasimi keçiriləcək
“QƏLƏBƏNİN MEMARI: CƏNAB ALİ BAŞ KOMANDAN” adlı tarixi əsərin təqdimat mərasimi keçiriləcək

11 iyul 2026-cı il tarixində saat 11:30-da Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzinin “Zal 1 Amfiteatr”ında müəllifi Aydın Tağıyev olan “QƏLƏBƏNİN MEMARI: CƏNAB ALİ BAŞ KOMANDAN” adlı tarixi əsərin təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimində dövlətçilik dəyərləri, milli birlik, Azərbaycanın tarixi Zəfər salnaməsi və milli yaddaşın gələcək nəsillərə ötürülməsi kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, tədbir yalnız kitabın təqdimatı deyil, eyni zamanda xalqımızın birlik və həmrəylik ruhunu, qələbə iradəsini və milli qürur hissini əks etdirən əlamətdar görüş kimi nəzərdə tutulur.

Təşkilatçılar ictimaiyyət nümayəndələrini, media təmsilçilərini və maraqlanan şəxsləri təqdimat mərasimində iştirak etməyə dəvət edirlər.

Tarix: 11 iyul 2026

Saat: 11:30

Məkan: Nizami Kino Mərkəzi, “Zal 1 Amfiteatr”

Son xəbərlər
Bütün xəbərlər »