Türkiyənin İstanbul şəhərində kauçuk istehsalı fabrikində yanğın baş verib.
Bizimyol.info xəbər verir ki, mətbuatın verdiyi məlumata görə, yerli vaxtla səhər 05.00 -da, Silivri rayonunda baş verən hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb edilib.
Xəsarət alanlar barədə hələ ki, məlumat verilməyib.
Hazırda yanğının qarşısının alınması üçün iş davam edir.






