Tanınmış aparıcının həyat yoldaşı ölümdən döndü.
Bizimyol.info xəbər verir ki, aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, Türkiyənin tanınmış sənətçisi Doğuş Antalyada istirahət zamanı çətin anlar yaşayıb. Belə ki, müğənni gəmi turunda olan zaman suya baş vurub və uzun müddət suyun altında qalıb.
Müğənnisinin uzun müddət su altında qaldığını görən kapitan dərhal suya atılıb və onu xilas edib. Sənətçinin səhhətini yoxlamaq üçün tibb mərkəzinə aparılıb.
Müğənninin həkimi açıqlama verərək bildirib ki, kapitan bir dəqiqə daha geciksəydi, fiziki zədələnmə və ya hətta ölümlə nəticələnə bilərdi.
Leyla, Bizimyol.info






