Avropanın qərbində yağan güclü yağışlar daşqınla nəticələnib. Təbii fəlakət 200-dən çox insan həyatına son qoyub. Daşqından sonra küçələrdə yalnız evlərin dağınları və palçıq parçaları qalıb.
Hadisədən sonra bölgəyə gedən RTL müxbiri Susanna Ohlen, “Daşqından sonra təmizlik: RTL aparıcısı kömək əlini uzatdı” adlı bir video xəbər hazırlayıb. Həmin xəbərdə Ohlen yardım işlərində yaxından iştirak etdiyi bildirilib.
Daha sonra isə həmin müxbirin kamera arxası görüntüləri yayılıb və həqiqət ortaya çıxıb. Belə ki, həmin videoda müxbirin bilərəkdən üstünə palçıq yaxması və özünü yalandan insanlara kömək edirmiş kimi göstərməsi məlum olub.
Həmin görüntüləri izləyən insanları təccüb və qəzəb hissi bürüyüb. Jurnaslistə qarşı etiraz kampaniyası başladılıb. Nəticədə müxbir işlədiyi media qurumundan qovulub.
Leyla Mirzə






