Çin dizaynerləri uçan naməlum obyektə bənzəyən, hərbi uçan boşqab hazırlayıblar. Bu barədə “Drive” yazır.
Bizimyol.info xəbər verir ki, yeni döyüş maşını “China Helicopter Exposition 2019” sərgisində təqdim edilib və layihə “Superböyük Ağ Köpəkbalığı” adlandırılıb. Uçan boşqabı iki nəfərin idarə edəcəyi bildirilir.
Qeyd edək ki, “Alert 5” adlı istifadəçi yeni silahın şəkillərini özünün “Twitter” səhifəsində yerləşdirib və bildirib ki, uçan boşqabın maksimal sürəti 650 km/s-dir.

Qeyd edək ki, bu, ilk dairəvi qanadlı təyyarələrin dizaynı deyil. II Düya Müharibəsi illərində ABŞ-ın dizayn etdiyi lakin uğur qazanmayan V-173 hərbi təyyərə forması olsa da, indiyə qədər böyük və kiçik təyyarə dizaynları arasında maraq mövzusu kimi qalır.
Bu ideyadan yararlanan dizayner Paul Moller, 2000-ci illərdə müəyyən miqdarda medianın diqqətini çəkən "uçan nişan" (Moller M200G Volantor) qurgusunu yaratd. Bu isə sonralar daha zərif modellərin və digər "uçan avtomobil" layihələrinin yaranmasına səbəb oldu. Lakin hələ də bu modellər özünü doğrulda bilməyib və onların geniş istehsalı üçün alıcı tapılmayıb.

Bizimyol.info






