Ümumdünya meteorologiya təşkilatı planetin ən isti yerinin adını açıqlayıb. Kaliforniyadakı “Ölüm vadisi” (Death Valley) bu ada layiq görülüb.
Bizimyol.info xəbər verir ki, 1913-cü ildə burada 56,7 dərəcə istilik qeydə alınıb. 106 il əvvəl iyulun 10-da Kaliforniya vadisində bu dərəcədə yüksək yemperatur olub.
Tunisin Kap-Bon yarımadasında yerləşən Kelibiya şəhərində 1931-ci ilin iyulunda 55 dərəcə istilik rəsmiləşib. Zaman keçdikcə yalnız aşağı temperaturlar nəzərə çarpıb. 2016-cı il iylun 21-də Mitribaxda (Küveyt) termometr 53,9 dərəcəni göstərib. İki il əvvəl mayın 28-də Pakistanın Turbat şəhərində isə insanlar 53,7 dərəcə temperatura dözməli olublar.
“Ölüm vadisi” ABŞ-ın Syerra-Nevada dağının cənub-şərq hissəsində yerləşir. Bura həm də Şimali Amerikanın ən aşağı nöqtəsidir. “Ölüm vadisi” dəniz səviyyəsindən 86 metr aşağıda yerləşir. Orada eyni adlı milli park da var.






