Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hollivud ulduzu sərxoş halda evləndiyi 4 günlük həyat yoldaşından ayrıldı - Foto

Məşhur aktyor Nikolas Keyc cəmi 4 gün birlikdə yaşadığı həyat yoldaşından boşanıb. Hollivud ulduzu vizajist Erika Koyke ilə yollarını ayırıb.

Bizimyol.info xəbər verir ki, cütlük martın sonlarında Las-Veqasda evlənmişdi. Keyc onda xeyli sərxoş olduğunu bildirir. Elə mətbuat da o vaxt bu məqama diqqət yetirmişdi. Keyc hər ikisinin xeyli sərxoş olduğunu, nə etdiklərini bilmədiklərini söyləyir. Aktyor əlavə edib ki, əslində, Erikanın başqa kişi ilə münasibəti var.

Nikolas Keyc və Erika Koyke Foto: BACKGRID / Legion-Media

Keyc Koyke ilə 4 gün yaşayandan sonra boşanmaq istədiyini deyib. Erika ondan bunun əvəzində pul istəyib. Məsələnin necə həllini tapması hələ bilinmir. Beləcə, Keycin dördüncü evliliyi də başa çatıb.

Son xəbərlər
Bütün xəbərlər »