Dünya ağlını itirir. Braziliyada bir qadın özünə ərə gedir. Bazar günü toy mərasimi olacaq.
Bizimyol.info xəbər verir ki, Belu-Oruzonti şəhərində yaşayan Jussara Dutra Kotu özü ilə nikaha girir. 38 yaşlı qadının toy mərasimi bəzi sosial şəbəkələrdə canlı yayımlanacaq.
Jussara Dutra Kotu | Foto: Bitar e Paiva FotografiaKotu deyir: “Qadınların çoxu ərə getməyi, gəlinlik geyinməyi arzulayır. Bu toy mənə belə imkan yaradır. Partnyora ehtiyac yoxdur. Özünə sevgi ən səmimi məhəbbətdir”.
Jussara Dutra Kotu | Foto: Bitar e Paiva FotografiaBraziliyada belə nikahlar rəsmiləşdirilmir. Kotu yenə kefini pozmur. Qızı və rəfiqəsi yanında olacaq. Üzük taxılmayacaq. Əvəzində Jussara bədəninə müstəqilliyini göstərən tatu döydürüb. Qadın münasibətlərə açıq olduğunu da deyir.






