Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qətər baş naziri ABŞ və İran arasında “qaynar xətt”in məqsədini açıqlayıb
Qətər baş naziri ABŞ və İran arasında “qaynar xətt”in məqsədini açıqlayıb

Qətər baş naziri Məhəmməd bin Əbdülrəhman Al Tani bildirib ki, ABŞ və İran arasında yaradılması planlaşdırılan “qaynar xətt” Hörmüz boğazında dəniz nəqliyyatının bərpası üçün vacibdir.

Bizimyol.info xəbər verir ki, bu barədə o, “Financial Times” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, İsveçrədə aparılan danışıqlar zamanı tərəflərin razılaşdığı bu əlaqə kanalı dezinformasiyanın qarşısını almağa və əsas su yolunda minatəmizləmə işləri zamanı fəaliyyətlərin koordinasiyasını təmin etməyə xidmət edəcək.

Qətər baş naziri, Pakistanla birlikdə Tehran və Vaşinqton arasında vasitəçilik edən tərəflərdən biri kimi, belə halların bəzən çaşqınlıq yaratmaq cəhdləri ilə müşayiət olunduğunu qeyd edib.

“Qaynar xəttin məqsədi odur ki, təhlükə ilə üzləşən istənilən gəmi İran tərəfindən yoxlanılsın və təhlükəsiz şəkildə keçidə icazə verilsin”, – deyə o bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »