ABŞ-ın Müharibə naziri Pit Heqset Nyu-Meksiko ştatında lazer və mikrodalğa silahlarının sınaqlarını şəxsən izləyib.
Bizimyol.info xəbər verir ki, bu barədə “Laser Wars” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Sınaqlar ABŞ Quru Qoşunlarının Uayt-Sands raket poliqonunda keçirilib. Tədbirdə dronlara qarşı istifadə üçün nəzərdə tutulan çoxməqsədli lazer sistemləri nümayiş olunub. Bunlara 20 kilovat gücündə "AMP-HEL", 50 kilovatlıq "DE-MSHORAD" və 300 kilovatlıq "IFPC-HEL" sistemləri daxildir.
Bundan əlavə, pilotsuz uçuş aparatlarının “koordinasiyalı çoxsaylı” hücumlarına qarşı mikrodalğa əsaslı müdafiə sistemlərinin imkanları da göstərilib. Bunlara "Epirus" şirkətinin "IFPC-HPM" sistemi və "Raytheon" konserninin adı açıqlanmayan oxşar bir texnologiyası daxildir. Təxmin edilir ki, bu sistem "Coyote Block 3 Non-Kinetic" ola bilər.
Bizimyol.info






