NATO-nun Baş katibi Mark Rütte bildirib ki, Türkiyədə keçiriləcək qarşıdan gələn sammitdə alyansın 32 üzv ölkəsi ilə yanaşı, daha 10 ölkə də iştirak edəcək.
Bizimyol.info xəbər verir ki, Rütte bu barədə "Fox News" televiziyasına verdiyi müsahibədə deyib:
“Yenə də Ankaraya gedəndə bizə daha 10 ölkə qoşulacaq və bu, ABŞ prezidentinin rəhbərlik etdiyi 42 dövlətlik koalisiyadır. Bu koalisiya birlikdə hərəkət edən və böyük bir əks qüvvə ilə üz-üzə qalan Çin, Şimali Koreya, İran və Rusiya kimi dörd ölkəyə qarşı dayanır,” – deyə Rütte bildirib.
NATO sammitinin 7–8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılır.
Bizimyol.info






