Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qrossi: BAEA İranın nüvə obyektlərinin yoxlanılması planlarını təsdiqləyib
Qrossi: BAEA İranın nüvə obyektlərinin yoxlanılması planlarını təsdiqləyib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın nüvə proqramının monitorinqi ilə bağlı agentliyin planlarının qüvvədə qaldığını açıqlayıb.

Bizimyol.info xəbər veror ki, o bildirib ki, uranın zənginləşdirildiyi obyektlər daxil olmaqla İranın nüvə infrastrukturu mütləq beynəlxalq müfəttişlərin yoxlamasından keçəcək, lakin səfərlərin dəqiq tarixi hazırda operativ planlaşdırma mərhələsindədir.

Qrossinin sözlərinə görə, BAEA yoxlamaları sərt və dəyişməz vaxt cədvəlinə bağlamır, əsas məqsəd prosesin özünün həyata keçirilməsidir. Onun vurğuladığına görə, agentlik üçün ən vacib məqam İranın nüvə fəaliyyəti ilə bağlı real vəziyyətin yerindəcə qiymətləndirilməsidir.

Açıqlama Qrossinin Tokioda səfərdə olarkən BAEA rəhbərliyi tərəfindən səsləndirilib və beynəlxalq diqqətin İranın nüvə proqramı ətrafında yenidən artdığı bir vaxta təsadüf edir.

Bu bəyanat Vaşinqton və Tehran rəsmilərinin son günlərdə İranın nüvə obyektlərinə çıxış və onların vəziyyəti ilə bağlı bir-birinə zidd məlumatlar yaymasından sonra gündəmə gəlib. Xüsusilə əvvəlki hərbi gərginliklər zamanı zərər görmüş obyektlərin nə dərəcədə işlək olması və müfəttişlərin ora giriş imkanları barədə fərqli iddialar ekspertlər arasında qeyri-müəyyənlik yaradıb.

Bununla belə, Qrossi BAEA müfəttişlərinin İran ərazisində fəaliyyətini davam etdirəcəyini və bu yoxlamaların nüvə proqramının şəffaflığı baxımından həlledici rol oynayacağını bildirib. Onun sözlərinə görə, bu proses beynəlxalq ictimaiyyətə İranın nüvə fəaliyyətinin hazırkı durumu barədə daha dəqiq və obyektiv qiymətləndirmə imkanı verəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »