1. TED – “Paylaşmağa dəyər ideyalar” şüarı olan TED konfransları texnologiya, təhsil, dizayn kimi müxtəlif mövzuları əhatə edərək, dünyanın müxtəlif yerlərindən olan mühazirəçi və müəllimləri sizin ekranınıza daşıyır.
2. YouTube EDU – Google’un YouTube platformasında yerləşən təhsil kanalı. Bu kanalda siz xeyli sayda maarifləndirici kontent və əla təsnifləndirilmiş formada konfrans çıxışları izləyə bilərsiniz.
3. Do Lectures – Dünyanı dəyişdirəcək addımlar atmağa nail olan insanların ilhamlandırıcı çıxışları
4. Solve For X – Google tərəfindən təşkil edilmiş bu forum texnoloji mövzuları əhatə etməklə, dünyanın problemləri üçün radikal çıxış yolları axtaranlara maraqlı gələcək.
5. Big Think – Müasir fikir adamları, biznesmen və alimlərin çıxışlarından ibarət qısa videolar.
6. Fora.TV – Dünyanın ən böyük konfrans və mühazirələrindən ibarət resurs
7. @Google Talks – Yenilikçi insanlar Googleplexi ziyarət edərək, ilhamlandırıcı çıxışlar edir. Həmin çıxışlara pulsuz baxa bilərsiniz.
8. RSA Animate – Müasir dünyanın vacib problemlərini nümayiş etdirən animasiya videoları.
9.Creative Live – Canlı təlimlər ( workshop) dünyanın ən məşhur mütəxəssisləri tərəfindən aparılır. Öz cədvəlinizə uyğun olanları seçin və canlı iştirak edən.
10. Academic Earth – Dünyanın ən yaxşı universitetlərindən 1000-dən artıq maarifləndirici videoya tamamilə pulsuz baxacaqsınız.
pahoo.az






